MƏDƏNİYYƏT


AZƏRTAC-ın layihəsi: Bu stansiya haqqında bilmədiklərimiz - "Sahil"

"Bakı Soveti - Nəriman Nərimanov" metro xəttində açılmış ilk 5 stansiyadan biri “Sahil” metrosudur. Bu stansiya “Bakı Metropoliten”nin üzərində ticarət mərkəzi inşa olunmuş yeganə stansiyasıdır. Bir zamanlar “26 Bakı komissarı” adlanan bu stansiya Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra “Sahil” olaraq tanınır. AZƏRTAC-ın layihəsi olan “Əziz Bakılılar və Şəhərimizin Qonaqları” nın növbəti sayını təqdim edirik.