MƏDƏNİYYƏT


Müstəqillik dövrünün ilk metrostansiyası

Bu gün haqqında danışacağımız stansiya Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adını daşıyan 2-ci metrostansiyadır. "Memar Əcəmi-2" metrostansiyası 2016-cı ildə istifadəyə verilib. Bundan əvvəlki buraxılışlarımızda sizə "Memar Əcəmi"-nin 1985-ci ildə açılışı olan digər bir stansiyası haqqında məlumat vermişdik. Bura Müstəqillik dövrünün ilk stansiyasıdır. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan üççıxışlı stansiyada Almaniya istehsalı olan17 eskalator və fiziki imkanları məhdud insanlar üçün 4 lift quraşdırılıb.