Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerin 22 metr dərinliyində metrostansiya

02.07.2024 [19:16]

Bu gün Bakı metrosunun daha bir stansiyasından danışacağıq. Bu, qarşısında dayandığımız məkan 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizi əbədiləşdirən “8 Noyabr” stansiyasıdır. 2021-ci ildə istifadəyə verilən sayca 26-cı bu metro stansiyası Prezident İlham Əliyevin göstərişi ilə “8 Noyabr” adlandırılıb. Ərazi olaraq metrostansiya Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşir.