MƏDƏNİYYƏT


Əsərləri ilə ölümsüzləşən memarın adına metrostansiya

Paytaxt Bakının yeraltı nəqliyyatı, metrostansiyaları haqqında məlumatları davam etdiririk. Bu gün haqqında danışacağımız stansiya 31 dekabr 1985-ci ildə istifadəyə verilib. Metrostansiyanın memarları Tələt Xanlarov və Oqtay Şıxəliyevdir. Stansiya Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr Naxçıvaninin şərəfinə Memar Əcəmi adlanır.