Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laməkan şairin metrodakı məkanı

04.06.2024 [21:22]

Biz 2008-ci il 9 oktyabrda açılan İmadəddin Nəsimin adını daşıyan stansiyadayıq. Buranın uzunluğu 102 metr, dərinliyi isə 15-18 metrdir. Platformanın işıqlandırma sistemində milli ornamentlərdən istifadə olunmaqla, səkkizguşəli ulduzun içərisindəki şəbəkə daxildən işıqlandırılıb. Səkkizguşəli ulduz ornamentindən təkcə stansiyanın tavanında deyil, döşəmədə də istifadə olunub.