Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şimal qapısı”nda yerləşən metrostansiya

09.07.2024 [18:48]

Bu gün haqqında danışacağımız stansiya ölkənin ən iri nəqliyyat qovşaqlarından biri olan Bakı Beynəlxalq Avtovağzalının yanında paytaxtın “Şimal qapısı” kimi də tanınan ərazidə yerləşir. Söhbət “Avtovağzal” metrostansiyasından gedir. 2016-cı ildə istifadəyə verilən bu metrostansiyanın açılışında Prezident İlham Əliyev iştirak edib. “Avtovağzal” stansiyası 2 vestibüldən, 8 çıxışdan ibarətdir. Bunlardan biri də Bakı-Sumqayıt yolunun altından keçməklə Biləcəri istiqamətində yerləşir. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır.