Bənövşəyi xəttin sonu-"Xocasən" metrostansiyası
16.07.2024 [20:05]
Bu gün haqqında danışacağım stansiya Bakı metropoliteninin sonuncu, yəni 27-ci stansiyası olan "Xocasən" metrostansiyasıdır. 2022-ci il 23 dekabrda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən stansiya adını yerləşdiyi ərazidən götürüb. Stansiya xüsusilə Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzindən şəhər mərkəzinə getmək istəyənlər üçün əlverişlidir.