MƏDƏNİYYƏT


Bu metrostansiyanın mərmərləri Türkiyə, Ukrayna və Hindistandan gətirilib

Yaşıl xəttin sonundayıq. Dərnəgül stansiyası 29 iyun 2011-ci ildə istifadəyə verilib. Stansiyanın açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Stansiyanın tarixi “Azadlıq prospekti” metrostansiyası ilə eynilik təşkil edir. Yəni qazıntısına SSRİ dövründə başlanılsa da yekunlaşması müstəqillik illərinə təsadüf edir. Memarları Cahangir Sadıxov, Kamran Sultanov, Zaur Qurbanəliyev olan metrostansiyanın uzunluğu 302 metrdir. Metrostansiyanın ümumilikdə 4 giriş çıxışı var.