MƏDƏNİYYƏT


Tunellərin çox olduğu stansiya-28 May

28 May... Bu gün ürəyi, qəlbi vətənlə döyünən hər bir azərbaycanlı üçün ən önəmli və vacib bir tarixdir. 1918-ci ilin 28 mayında Azərbaycanın adı müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə böyük hərflərlə yazıldı. Bu müstəqllik çox çəkməsə də, Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Demokratik Respublikası, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşdü. 1920-ci ildə tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyimiz XX əsrin sonunda yenidən bərpa edildi və Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi. Bu gün 28 May hörmət və ehtiram əlaməti olaraq bir çox küçə və meydanların adında yaşadıldığı kimi, metropolitenin də stansiyalarından birində yaşadılır.