MƏDƏNİYYƏT


Xətaidən Cəfər Cabbarlıya – Stansiyalar haqqında bilmədikləriniz

Bu stansiya Bakının Qaraşəhər adlandırılan mühüm neft emalı və digər sənaye müəssisələrinin cəmləşdiyi rayonda yerləşirdi. Hazırda burada "Ağ şəhər" layihəsi həyata keçirilir, ərazi paytaxtın ən müasir yaşayış-ticarət mərkəzlərindən birinə çevrilməkdədir. Bakı metropoliteninin yerləşdiyi geoloji şəraitə görə ən ağır və ən dərin stansiyasıdır. Bura Azərbaycanın görkəmli dövlət xadimi, böyük sərkərdə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin adı verilib.