MƏDƏNİYYƏT


Qarabağ şəkillərinin sərgiləndiyi stansiya

Nəriman Nərimanov o vaxtkı "Bakı Soveti-Nərimanov" xəttində açılmış ilk 5 stansiyadan sonuncusudur. Layihə adı Pyotr Montinin xatirəsinə və yerləşdiyi qəsəbənin adına uyğun olaraq “Montin” olsa da, sonradan stansiyaya Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, həkim, yazıçı, dramaturq Nəriman Nərimanovun adı verilib.