Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dahi bəstəkarın adını daşıyan stansiya

19.03.2024 [18:44]

Bu stansiya 1972-ci ildə açılmış 3 metro stansiyadan biridir. Stansiya bir vaxtlar “Avrora”olaraq tanınsa da, sonralar ona dahi bəstəkar Qara Qarayevin adı verilir. Qara Qarayev stansiyasından danışırıqsa, deməli burada musiqi əsas mövzudur. Bu stansiyanın təmirində də elə musiqi elementlərindən istifadə edilib. Belə ki,  2017-ci ildə stansiyanın keçidləri və kassa zalında təmir işləri zamanı ağ və qara rəngli elementlərdən ibarət fortepiano dillərinin, döşəməsinə musiqi açarının təsviri işlənib.