Qırmızı xəttin sonu - Həzi Aslanov
16.04.2024 [18:57]
2002-ci İldə açılan stansiyanın memarları Rasim Əliyev, Akif Abdullayev, Konstantin Sençixin və Nazim Vəliyevdir. Bir məqamı da diqqətə çatdıraq ki, ümumilikdə stansiyanın 2 giriş çıxışı var. Həzi Aslanov iki dəfə açılışı olan stansiya kimi də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü il iyulun 7-də keçirilib.