Akademik: “Yüksəliş”i bir müsabiqə deyil, hərəkat hesab edirəm
03.07.2026 [18:28]
Xəbərin mətni
Altıncı dəfədir ki, “Yüksəliş" müsabiqəsi keçirilir. Əslində, mən “Yüksəliş”i sadəcə bir müsabiqə yox, bir hərəkat hesab edirəm. Bunun özü də çox düşündürücüdür. AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.