QAN YADDAŞI


Qubada 31 mart soyqırımı ilə bağlı foto və kitab sərgisi açılıb

Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgi və azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisi açılıb. Lev Daşkeviç Azərbaycan Xalq Cümhuriyyəti dövründə soyqırımı faktlarının araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının tərkibində fotoqraf-ekspert kimi fəaliyyət göstərib.