QAN YADDAŞI


Xarkovda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Ukraynadakı səfirliyi və Xarkov şəhərindəki fəxri konsulluğunun birgə təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət Administrasiyasının, Xarkov şəhər Şurasının nümayəndələri, səfirliyin diplomatları, nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.