QAN YADDAŞI


Malayziyada 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

Azərbaycanın Malayziyadakı Səfirliyinin təşəbbüs və bu ölkənin Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib .
AZƏRTAC xəbər verir ki, “Sülh uşaqlarla başlayır” devizi altında təqdim olunan tədbir yanvarın 19-da Kuala Lumpurda fəaliyyət göstərən “Tengku Budriah Çeras” adlı valideyn himayəsindən məhrum uşaqlar evində təşkil edilib. Tədbirdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev və səfirliyin əməkdaşları, bu ölkənin Qadın, Ailə və İcma İnkişafı Nazirliyinin yüksək vəzifəli rəsmiləri, “Tengku Budriah Çeras” uşaq evinin şagird və müəllim heyəti, eləcə də həmin müəssisənin texniki-inzibati işçiləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır