QAN YADDAŞI


Parisdə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub

Parisdəki Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, anım mərasiminin iştirakçıları Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış ediblər.