QAN YADDAŞI


Pakistanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın Pakistandakı səfirliyinin Preston Universiteti ilə birgə təşkil etdiyi “20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” mövzusunda müsabiqə-sərgiyə ölkənin 20-dən artıq ali təhsil ocağının tələbələrinin və həvəskar rəssamların əsərləri təqdim olunub.
Sərginin açılış mərasimində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Preston Universitetinin rektoru Abdul Basit, diplomatlar, tələbələr, rəssamlar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.