CƏMİYYƏT


Tovuzda vaksinasiya prosesi uğurla icra olunur

COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası Tovuz rayonunda da uğurla davam etdirilir. AZƏRTAC xəbər verir ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə rayon mərkəzi xəstəxanasında 1 qəbul otağı, 1 qeydiyyat otağı, 2 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.