Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda indiyədək 13 mindən çox vətəndaş koronavirusa qarşı peyvənd olunub

15.03.2021 [16:18]

Xəbərin mətni

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Masallı rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Masallı Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İndiyədək 13 mindən çox vətəndaş təhlükəli virusa qarşı peyvənd olunub.