ELM VƏ TƏHSİL


Xaricdə təhsil alanlar üçün bəzi proseslər ləğv olunub

Xaricdə təhsil alanların diplomlarının tanınması üçün tələblər müəyyənləşib. Bu, Nazirlər Kabinetinin "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydası”nda əksini tapıb. Yeni qaydaya əsasən müraciətçilərin tədris dili üzrə müsahibələr ləğv olunur. Əvəzində onlar DİM-in qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər. Bundan əlavə xaricdə əldə olunan təhsil sənədləri rus, ingilis və ya türk dillərində olduğu halda həmin sənədlərin notarial qaydada Azərbaycan dilinə tərcümə və təsdiqinə ehtiyac qalmayacaq.