DÜNYA


Moskva səmasında naməlum qara halqa yaranıb

Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar. Onlar səmada qara halqanın peyda olduğunu görüblər. Bu barədə “Readovka” “Telegram” kanalı məlumat verib. Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər. Fövqəladə hallar xidməti isə hələ hadisə ilə bağlı açıqlama verməyib.