Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir

05.10.2026 [11:03]

Xəbərin mətni

Müasir dövrdə uşaqlar birinci sinifdən əvvəl müəyyən rəqəmsal bacarıqlara yiyələnirlər. Bu bacarıqlardan düzgün və məqsədyönlü istifadə edilməsi şagirdlərin təlim prosesinə marağının artırılmasına və bilik səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər. Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi İlahə Priyeva deyib.