CƏMİYYƏT


Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib

Qazaxda Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı keçirilib.