CƏMİYYƏT


Qusarda reyd zamanı qayda pozan 15 sürücü inzibati qaydada cəzalandırılıb

Qusarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 15 sürücü barəsində inzibati cəza tədbirləri görülüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində təşkil olunub.