CƏMİYYƏT


Temperatur 42 dərəcəyə yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 33-38°, Bakıda gecə 21-23°, gündüz 36-38° isti olacaq.