CƏMİYYƏT


Bakı və regionlarda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 11-də gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır