MÜSAHİBƏ


Xəbər məkanımızın tacı AZƏRTAC

İyirmi iki əsr öncə böyük yunan mütəfəkkiri Arximed “Mənə istinad nöqtəsi verin” deyirdi.
Hər bir insanın da, hər bir xalqın da, hər bir dövlətin də daim istinad nöqtələrinə ehtiyacı olur. AZƏRTAC yarandığı gündən indi gəlib çatdığı 102 yaşına qədər həmişə Azərbaycan xalqının da, hər bir Azərbaycan vətəndaşının da, bütövlükdə dövlətimizin də mühüm istinad nöqtələrindən biri olub.