Gülüş Səmədli: Ağalı sakinlərinə hüquqşünas kimi xidmət edəcəyəm
25.07.2022 [17:27]
Xəbərin mətni
Zəngilanda doğulmasam da, ora ilə bağlı qiyabi təsəvvürlərim çoxdur. Həmçinin Zəngilan haqqında yaxınlarım bizi məlumatlandırıb. Bu səbəbdəndir ki, o ərazilər bizim uşaqlıq arzumuz olub. Mən Ağalı kəndində yaşayan vətəndaşlara hüquqşünas kimi xidmət edəcəyəm.Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağalıya köçən gənc sakin Gülüş Səmədli söyləyib.