MƏDƏNİYYƏT


Ağac üzərində yaranan sənət - REPORTAJ

Dekorativ tətbiqi sənətin bir növü olan bədii ağacoyma, yaxud ağacişləmə sənətinin ənənələrini böyük peşəkarlıq və yaradıcı təxəyyülü ilə yaşadan və maraqlı əsərləri ilə zənginləşdirən sənətkarlardan biri də Nizami Abbasovdur. Ağacoyma sənətinin ən kamil nümunələrini hazırlayan Nizami Abbasovun əsərləri həm kompozisiya, həm də forma və ölçü baxımından müxtəlifdir.