CƏMİYYƏT


Avtomobil hissələri oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 30-cu polis bölməsinin (PB) əməkdaşları tərəfindən Hövsan qəsəbəsində avtomaşınların ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də saat 3.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Səfər Rəşidova məxsus “VAZ-2103” markalı avtomobildən akkumulyator oğurlamağa cəhd göstərən paytaxt sakinləri Nicat Məmmədov, Samir Rəhimov, Lerik rayon sakini Elmir Qasımov və Cəlilabad rayon sakini Nuran Həmidov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.