CƏMİYYƏT


Milli Qəhrəman Əliyar Əliyevin xatirəsi anılıb

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin məsul nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.