CƏMİYYƏT


Özünü polkovnik kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb

Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11 min manat məbləğində pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib.