CƏMİYYƏT


Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Quba rayonunun İqrıq kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə mikroavtobus toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü 1954-cü il təvəllüdlü Şövkət Qubadov hadisə yerində dünyasını dəyişib.