CƏMİYYƏT


Sumqayıtda evindən külli miqdarda heroin aşkarlanan şəxs saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə bu tipli qanunazidd əməllərlə məşğul olmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış zamanı 0,991 qram heroin aşkar olunub.