CƏMİYYƏT


Saunada oğurluq edən şəxs saxlanılıb: Cinayət əməli təhlükəsizlik kameralarında

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən saunalardan birindən oğurluq edən şəxs saxlanılıb. Müslüm Tağıyevin saunanın paltardəyişmə otağında törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.