CƏMİYYƏT


Paytaxtda elektrik naqillərini oğurlayan şəxs saxlanılıb

Nizami rayonunda tikilməkdə olan binalardan ümumilikdə, 26 min manata dəyərində elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinda tikintisi davam edən binalardan elektrik naqilləri oğurlayan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.