CƏMİYYƏT


Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edirlər

Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata müsahibəsində deyib: “2017-ci il ölkəmiz üçün uğurlu il olub. Həmin il Azərbaycanda “İslam Həmrəyliyi İli” idi. Ölkəmizdə bir çox tədbirlər, beynəlxalq konfrans keçirilib. Din xadimləri xaricə tez-tez səfərlər edib, multikulturalizm, dinlərarası əməkdaşlıq sahəsində təcrübələrini bölüşüblər. Arzu edirəm ki, 2018-ci il də firavan, uğurlu il olsun.