CƏMİYYƏT


Qobustan qəsəbə sakinindən külli miqdarda narkotik vasitə tapılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb. Polis İdarəsində həmin şəxsin üzərinə baxış zamanı ondan 7,29 qram marixuana aşkar olunub.