CƏMİYYƏT


Ötən il mühafizə polisi tərəfindən 130 cinayət hadisəsinə görə 158 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən 2017-ci ildə 17 min 146 obyekt mühafizə olunub və hər hansı bir xoşagəlməz hadisə baş verməyib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 9-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin bir neçə regional mühafizə şöbəsinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində danışılıb.