CƏMİYYƏT


Qubalı gənc çağırışçılar hərbi xidmətə yola salınıblar

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.