CƏMİYYƏT


Bakıda silahlı şəxs tutulub

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onu üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.