CƏMİYYƏT


Qanunsuz odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə rayonda Hikmət adlı şəxsin qanunsuz odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Hikmət Vəli oğlu Babayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında üç patron olan “Revolver” markalı tapança aşkarlanaraq götürülüb.