CƏMİYYƏT


Bakıda qanunsuz “Makarov” markalı tapança gəzdirən şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə Keşlə qəsəbəsində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Vüqar Kazımov saxlanılıb.