CƏMİYYƏT


Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonaları aktivləşib

Cənub bölgəsinə yağan intensiv yağışlardan sonra Cəlilabad-Yardımlı avtomobil yolundakı sürüşmə zonaları aktivləşib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun Kövüzbulaq və Pərdi kəndləri arasındakı hissəsində müxtəlif yerlərdə iri çatlar əmələ gəlib.