CƏMİYYƏT


Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

Komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələ barədə məlumat verib. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, 2017-ci ildə Azərbaycanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə 65 minə yaxın bələdiyyə aktı qəbul olunub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçib və onların qanunvericiliyə uyğunluğu yoxlanılıb. Bələdiyyə aktlarının böyük əksəriyyəti qanunvericiliyə uyğun olub.