CƏMİYYƏT


Bakı yollarında panduslar quraşdırılır

Bakı şəhərinin əsas küçə və prospektlərində 167 pandus quraşdırılıb. Panduslar fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirir ki, Bakı şəhərinin 5 rayonunda ümumilikdə 421 pandusun tikintisi planlaşdırılır.