CƏMİYYƏT


Bakıda 900-dən çox kitab oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Nərimanov rayonu Atatürk prospekti 9 ünvanında yerləşən yardımçı təsərrüfatdan 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitablar və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.