QAN YADDAŞI


Macarıstanda Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş aksiya keçirilib

"Pécs Azərbaycan Cəmiyyəti" Azərbaycanın Macarıstandakı Səfirliyinin dəstəyi ilə Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş aksiya keçirib. Pécs şəhərinin mərkəzi meydanında azərbaycanlı tələbələr macar və ingilis dillərində Xocalı faciəsi barədə yazılmış kitab və broşürləri yerli əhaliyə paylayaraq, onlara bu dəhşətli faciə barədə məlumat veriblər.